İşgəncə alətləri ixracında dünya lideri bәlli oldu

Beynəlxalq Əfv Təşkilatı, işgəncə alətləri ixracında dünya liderini açıqladı.

139427
İşgəncə alətləri ixracında dünya lideri bәlli oldu

Beynəlxalq Əfv Təşkilatı Çini, işgəncə alətləri ixracında dünya lideri adlandırıb. Təşkilatın yaydığı hesabatda bildirilir ki, Çinin istehsal etdiyi işgəncə alətlərinin dünya miqyasında daha çox alıcısı var və bu ölkədə son 10 il ərzində işgəncə alətləri istehsal edən şirkətlərin sayı 4 dəfə artıb. Ticarət həcmi isə milyonlarla dolarla ölçülür. Bu alətlərin əsas alıcıları isə bəzi inkişaf etmiş ölkələrlə bərabər avtoritar rejimləri və insan haqqlarının daha çox tapdalandığı Afrika və Asiyadır. Misir, Qana, Seneqal, Kamboca və Nepal bu qəbildən olan ölkələrdir. Elektrik şok cihazları, ağır qandalların satışının xüsusilə Ərəb Baharı və müxtəlif ölkələrdəki nümayişlərdən sonra artdığı bildirilir. Bəzi işgəncə alətlərinin istehsalında yeganə olan Çin gözyaşardıcı bomba və plastik mərmi istehsalında da öndə gedir. İnsan hüquqları təşkilatları Çini beynəlxalq miqyasda hüquq pozuntularında iştirak edən bu alətlərin satışını dayandırmağa çagırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr