Pilotların elan etdiklǝri tǝtil davam edir

Fransada pilotların elan etdiklǝri tǝtil 9 gündür davam edir.

136476
 Pilotların elan etdiklǝri tǝtil davam edir

Fransada pilotların elan etdiklǝri tǝtil 9 gündür davam edir.
Pilotlar, parisdǝ parlament binası qarşısında nümayiş keçirǝrǝk, millǝt vǝkillǝrindǝn dǝstǝk istǝyiblǝr.
Nümayişǝ qatılan 200 pilot, “Air France-KLM Transavia” layihǝsinin yeni işdǝn çıxarmalara sǝbǝb olacağını bildirib.
“Hǝr il “Air France”dǝ işlǝyǝnlǝrin sayı azalır” deyǝn pilotlar, vǝziyyǝt belǝ olduqda digǝr ölkǝlǝrdǝ Transavia adıyla yeni mǝrkǝzlǝr açılmasının düzgün olmadığını dilǝ gǝtiriblǝr.
Qeyd edǝk ki, Fransa Hava Yolları (Air France), öz daxilindǝ ucuşa bilet satacağı Transaviya layihǝsilǝ, beynǝlxalq sahǝdǝ daha yaxşı rǝqabǝt edǝcǝyinǝ ümid edir.
Pilotların tǝtil qǝrarı sǝbǝbindǝn “Air France KLM”nin tǝyyarǝ sǝfǝrlǝrinin yarısı lǝğv edilib. Tǝtil qǝrarına görǝ şirkǝt bir gündǝ 20 milyon avro zǝrǝr edir.
Fransa Baş naziri Manuel Vals, tǝtil qǝrarının Fransanın imicinǝ mǝnfi tǝsir göstǝrdiyi vǝ şirkǝtǝ qarşı tǝhdid tǝşkil etdiyi sǝbǝbindǝn, pilotlara dǝrhal işlǝrinǝ qayıtmaları üçün bir daha çağırış edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr