Pilotların aksiyası davam edir

Pilotların başlatdıqları tәtil aksiyası iki hәftәdir ki, davam edir

134701
Pilotların aksiyası davam edir

Air Fransa-KLM hava yolları qrupunda, pilotların başlatdıqları tәtil aksiyası iki hәftәdir ki, davam edir.
Tətil sәbәbindәn milyonlarla avro zərər dәyәn şirkət, Transavia proyektini dekabr ayına qədər təxirə saldığını açıqlarkәn, Fransa hökuməti dә pilotlara çağırış edib ki, dərhal işlәrinin başına qayıtsınlar.
Air France-KLM qrupu, qısa və orta məsafəli reyslәrdә ucuz bilet satan hava yolu şirkətləriylә rəqabət etmək məqsədiylə, öz tәrkibindә Transavia şirkətini güclәndirmәk üçün Fransa və Hollandiya xaricindəki ölkələrdə mərkəzlər açmağa hazırlaşırdı.
İllik maaşları 250 min avro olan Air France pilotları, şirkәtin daha aşağı ödənişlə çalışacaq pilotlar işә qәbul edәcәyini düşünürlәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr