BMT-nin insanı dǝhşǝtǝ gǝtirǝn hesabatı

Hesabat qǝzzalı uşaqların faciǝli vǝziyyǝtini sübuta yetirib.

118885
BMT-nin insanı dǝhşǝtǝ gǝtirǝn hesabatı

BMT Baş katibinin toqquşmalarda uşaqların qorunmasından mǝsul özǝl nümayǝndǝsi Leyla Zerrugi, BMT Tǝhlükǝsizlik Şurasında tǝşkil edilǝn “silahlı toqquşmalar vǝ uşaqlar” mövzulu toplantıda hazırladığı hesabatı tǝqdim edib.
Hesabat qǝzzalı uşaqların faciǝli vǝziyyǝtini sübuta yetirib.
Hesabatda, iyulun birindǝn tutmuş Qǝzzada 500-dǝn artıq uşaq öldürülüb. 12 yaşından kiçik ǝn az 3 min 106 uşaq yaralanıb vǝ ya ǝlil olub. Bunların üçdǝ bir hissǝsi ömür boyunca ǝlil yaşayacaq” ifadǝlǝri diqqǝt çǝkir.
Mǝktǝblǝrǝ yönǝldilmiş hücumlara da toxunan Zerrugi, 75-i BMT-yǝ bağlı olmaqla ǝn az 244 mǝktǝbin İsrail tǝrǝfindǝn bombalandığını bildirib.
Hesabatda, İraq vǝ Nigeriyadakı uşaqların vǝziyyǝti dǝ dǝyǝrlǝndirilib.
“İraqda cari ilin ǝvvǝlindǝn etibarǝn 700 uşaq öldürüldü vǝ ya ǝlil qaldı” deyǝ ifadǝ edǝn Zerrugi, İŞİD-in hǝlǝ 13 yaşındakı uşaqlara belǝ silah verdiyini, bǝzilǝrindǝn kamikadzǝ kimi istifadǝ etdiyini deyib.
Zerrugi, uşaqlara yönǝldilmiş zorakılığın yayğın olduğu Nigeriyada, Boko Haram qruplaşmasının xüsusilǝ mǝktǝbli uşaqları hǝdǝf aldığını vurğulayaraq, qruplaşmanın keçǝn il 100 mǝktǝbli ilǝ 70 müǝllimi öldürdüyünü bildirib.
Toplantıda, Liviya, Әfqanistan, Qǝrbi Afrika Cümhuriyyǝti, Mali vǝ Cǝnubi Sudan kimi ölkǝlǝrdǝki uşaq yaşlı ǝsgǝrlǝrǝ dǝ diqqǝt çǝkilib.
Hesabatdakı mǝlumatlara ǝsasǝn, Qǝrbi Afrika Cümhuriyyǝtindǝ 8 min uşaq müxtǝlif qruplarla davamlı olaraq toqquşur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr