Cameron fidyə ilə bağlı öz etirazını bildirib

Cameron, NATO zirvəsində ittifaq liderlərinə üzünü tutaraq terror təşkilatlarına fidyə verilməsi məsələsini qəbul etməmələri barədə çağırış edib.

115094
Cameron fidyə ilə bağlı öz etirazını bildirib

İngiltərə Başnaziri fidyə ilə bağlı öz etirazını bildirib.
David Cameron, Qallər’də ev yiyəsi olduğu NATO zirvəsində ittifaq liderlərinə üzünü tutaraq terror təşkilatlarına fidyə verilməsi məsələsini qəbul etməmələri barədə çağırış edib.
Cameron bu xəbərdarlığı, İŞİD’in İngiltərə vətəndaşı olan və bir yardım təşkilatında işləyərkən oğurladıqları David Haines’i həlak etməklə hədələdiği bir vaxtda dilə gətirib.
Cameron, hərhansı ölkəni nəzərə alaraq bu xəbərdarlığı etməyib, ancaq onun eyhamla Fransa, İspaniya və İtaliya’nı hədəf götürdüğü fikirləşilir.
Suriyə’nin Atməh mültəci düşərgəsində Acted adlı yardım təşkilatında işləyən Haines ilə birlikdə girov götürülən İtaliyan vətəndaşı Federico Motka ötən may ayında azadlığa buraxılmışdı. Terrorçu quldurların niyə Motka’nı azadlığa buraxıb Haines’i əllərində saxladıqlarının səbəbi bilinmir. Hər iki şəxs Fransız yardım təşkilatı Acted adına vəzifə yeridirdi. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr