Son 64 ilin ən böyük fəlakəti

Kanadada günlər əvvəl başlayan meşə yanğını getdikcə böyüyür.

85304
Son 64 ilin ən böyük fəlakəti

Kanadada günlər əvvəl başlayan meşə yanğını getdikcə böyüyür.
Avstraliyadan 80 xilasedici, yanğın söndürmə işlərinə dəstək vermək üzrə Kanadaya gedib. Gələn həftə Sidney və Melburndan daha bir qrupun Kanadaya gedərək, əyalətdəki yanğın söndürmə işlərinə qatılacağı bildirilir.
Verilən məlumata görə, 1950-ci ildən bu yana baş verən ən böyük meşə yanğını, 10 ayrı nöqtədə 200 min hektarlıq sahəni əhatə edir.
Qurudan davam edən yanğınsöndürmə işlərinə, havadan da helikopter və təyyarələrlə dəstək verilir. Son 64 ilin ən böyük meşə yanğını fəlakətində, yanğınsöndürmə işlərinə, fırtına və ildırımlar mənfi təsir edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr