Ebola epidemiyası bütün dünyaya qorxu salıb

Ümumdünya Sǝhiyyǝ Tǝşkilatı Afrikada 4 ölkǝdǝ tǝsirli olan epidemiya sǝbǝbindǝn bu günǝdǝk 932 nǝfǝrin öldüyünü açıqlayıb.

83664
Ebola epidemiyası bütün dünyaya qorxu salıb

Ebola epidemiyası bütün dünyaya qorxu salıb.
Qǝrbi Afrikada ortaya çıxan epidemiya, çoxlu sayda ölkǝdǝ tǝdbirlǝr görülmǝsinǝ sǝbǝb olub.
Ümumdünya Sǝhiyyǝ Tǝşkilatı Afrikada 4 ölkǝdǝ tǝsirli olan epidemiya sǝbǝbindǝn bu günǝdǝk 932 nǝfǝrin öldüyünü açıqlayıb.
Uzun müddǝt Mers virusu ilǝ mübarizǝ aparan Sǝudiyǝ Ərǝbistanıda bir nǝfǝrin ebola virusundan ölmǝsi ölkǝni tǝşvişǝ salıb.
Son olaraq Nigeriyada bir tibb işçisinin bu xǝstǝlikdǝn dünyasını dǝyişmǝsilǝ ölkǝdǝ ölǝnlǝrin sayı 2-yǝ çıxıb.
Syerra-leone vǝ Liberiyada üç aylıq fövqǝladǝ vǝziyyǝt elan edilib.
Çin dǝ, ebola xǝstǝliyinǝ görǝ tǝdbirlǝr görmǝyǝ başlayıb.
Avqustun 16-da Nankindǝ başlayacaq Gǝnclik Yay Olimpia oyunları üçün virusun yayıldığı ölkǝlǝrdǝn gǝlǝn idmançılar vǝ ekipajların ölkǝyǝ daxil olmalarının qadağan edildiyi açıqlanıb.
Balkan ölkǝlǝri dǝ ehtimal olunan virus tǝhlükǝsinǝ qarşı tǝdbirlǝr görür.
Makedoniya Sǝhiyyǝ Nazirliyi, ebola xǝstǝliyinin yayılma tǝhlükǝsinǝ qarşı paytaxt Üskübdǝ Böyük İskǝndǝr Hava Limanında karantin bölgǝsi yaradıldığını açıqlayıb.
Albaniya Sǝhiyyǝ Nazirliyi, Afrika ölkǝlǝrinǝ sǝyahǝt edǝcǝk vǝtǝndaşlara sǝyahǝtlǝrini tǝxirǝ salmaları üçün çağırış edib.
Ebola virüsü üçün yegânǝ ümid isǝ yeni dǝrmandır.
Ancaq, ABŞ prezidenti Barack Obama, dǝrmanın hǝlǝ sınaq mǝrhǝlǝsindǝ olduğunu bildirib.
Hələki xǝstǝliyǝ düçar olan 2 amerikalı sǝhhiyǝ işçisindǝ test edilǝn Zmapp adlı dǝrmanın ilk nǝticǝlǝrinin müsbǝt olduğu bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr