Ebola epidemiyası

83959
Ebola epidemiyası

Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikada “Ebola” virusunun yayılması ilə əlaqədar olaraq mütəxəsislərin təcili toplantısını keçirib.

BMT-nin Məlumat Mərkəzinə verdiyi məlumata əsasən, toplantıda virusun bütün dünya üçün təhlükə törədib-törətmədiyi məsələsi müzakirə olunub.


Cenevrədə keçirilən 2 günlük iclasın yekununda qəbul olunan sənəddə “Ebola”nın qeydə alındığı bütün ölkələrdə fövqəladə vəziyyət rejimi tətbiq etməyə çağırış  öz əksini tapıb.

Hazırda 4 Afrika ölkəsində müşahidə olunan virus 900-dən çox adamın həyatına son qoyub. Daha 1711 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr