İordaniyadan atəşkəs layihəsi

İordaniya, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına İsrailin Qəzzaya etdiyi hücumlarla bağlı yeni bir qərar layihəsi təqdim edib.

81326
İordaniyadan atəşkəs layihəsi

İordaniya, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına İsrailin Qəzzaya etdiyi hücumlarla bağlı yeni bir qərar layihəsi təqdim edib.
Təhlükəsizlik Şurasının müvəqqəti üzvü İordaniyanın BMT-dəki daimi nümayəndəliyi, Qəzzanın yenidən inşası üçün beynəlxalq səy göstərilməsi və Həmas ilə İsrail arasındakı atəşkəsin uzunmüddətli olması ilə bağlı bir qərar layihəsini Təhlükəsizlik Şurasına təqdim edib.
Ərəb ölkələrinin də dəstəyini alan İordaniyanın təqdim etdiyi layihədə, hücumlardan qaçan vətəndaşların sığındığı BMT məktəblərinin İsrail tərəfindən bombalanmasıyla əlaqədar istintaq başladılması və Qəzza zolağındakı İsrail blokadasının ləğv edilməsi məsələsi əksini tapıb.
İordaniyanın BMT-dəki daimi nümayəndəsi Dina Kavar, layihə ilə əlaqədar danışarkən “Atəşkəsin təmin olmasından çox xoşbəxtik və daimi olmasını istəyirik” deyə bildirərək, Şura üzvləriylə müşavirə apardıqlarını və ən gec bir neçə gün içində bir nəticə əldə edəcəklərinə ümid etdiklərini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr