İsrailin yalanı

İsrailin polis sözçüsü BBC-yə müsahibəsində 3 vətəndaşın Həmas tǝrǝfindǝn qaçırılmadığını etiraf edib.

75513
İsrailin yalanı

İsrailin 3 gəncimizi Həmas qaçırıb yalanı ortaya çıxıb.
İsrailin polis sözçüsü BBC-yə müsahibəsində 3 vətəndaşın Həmas tǝrǝfindǝn qaçırılmadığını etiraf edib.
Dünya bu acı həqiqəti, BBC müxbiri Jon Donnisonun twitter hesabından, İsrail polisinin mətbuat katibi Mickey Rosenfeldin etirafını paylaşmasıyla öyrənib.
Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu, "İtən gənclərin Həmas tərəfdən qaçırıldığına heç bir şübhəmiz yoxdur. Abbasın bu təşkilatla yollarını ayırması və birlik hökumətini lağvetməsi lazımdır" deyə qeyd etmişdi.
Bu etiraf, fələstinlilər üçün sürpriz deyil. Çünki Həmas, əvvəldən bu hadisə ilə heç bir əlaqəsinin olmadığını dəfələrlə bildirib.
Müxalifǝtin “üç gǝnc bir yol qǝzasında öldü” iddiası İsrail mediasında belǝ gündǝmi gǝtirilmiş, qǝzetlǝr, gǝnclǝrin İsrailin nǝzarǝtindǝki bir bölgǝdǝ itmǝsinin ardındakı suallara yer vermişdi.
Qǝtliamları hǝli dǝ İsrailin özünü müdafiǝ haqqı kimi dǝyǝrlǝndirǝn Qǝrb mediası isǝ yaşanan bu prosesdǝn sonra sǝssizliyini qorumaqda davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr