Hәkimlәrin İsrailin törәtdiyi qırğınlara dair açıqlamaları

Avropa və Ərəb həkimlər, beynəlxalq cəmiyyətin cinayәtlәrә biganә qalmasına sәrt reaksiya veriblәr.

75270
Hәkimlәrin İsrailin  törәtdiyi  qırğınlara dair açıqlamaları

Qəzzadakı xəstəxanalarda çalışan və İsrailin qətliamına şahid olan Avropa və Ərəb həkimləri, beynəlxalq cəmiyyətin cinayәtlәrә biganә qalmasına sәrt reaksiya veriblәr.
Qəzzada qərb dünyasının göz yumduğu İsrail hücumlarına şahid olan həkimlər Brüssel Mətbuat Klubunda təşkil edilən mətbuat konfransında, İsrailin Qəzza Zolağına istiqamәtli hücumları vә törәtdiyi cinayәtlәr fotoşəkillərlə göz önünә sәrilib.
Ərəb və Avropa həkimləri hücumlarda İsrailin heç bir ayrı-seçkilik etmədən birbaşa Fələstin xalqını hədəf aldığını qeyd ediblər.
Qəzzadakı Şəfa Xəstəxanasında işləyən Norveçli həkim Mads Gilbert, İsrailin ağır yaraladığı və qətlə yertirdiyi körpə və uşaqların fotoşəkillərini göstərərək buvaxta qədər hәyatını itirәnlәrin dörtdә birinin, 7000 yaralıdan isə üçdə birinin uşaqlar olduğunu bildirib.
Norveçli həkim qeyd edib ki, faciəyə görə İsrail Baş naziri Benyamin Netanyahu qədər Birləşmiş Millətlər Təşkilatı, ABŞ prezidenti Barak Obama və Avropa ölkələri də məsiliyyət daşıyırlar. O, "Həyatımda bu qədər qan görmədim deyib vә İsrailә törәtdiyi cinayәtlәri dayandırması haqqında çağırış edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr