Fǝlǝstindǝ ölǝnlǝrin sayı

İsrailin Qǝzzaya yönǝldilmiş hücumları davam edir.

74048
Fǝlǝstindǝ ölǝnlǝrin sayı

İsrailin Qǝzzaya yönǝldilmiş hücumları davam edir.
İsrail ordusunun Qǝzzanın Cǝbaliya bölgǝsinǝ dünǝn gecǝ saatlarında tǝşkil etdiyi hücumlarda 24 nǝfǝrin öldüyü bildirilib.
Xan Yunis şǝhǝrinǝ tǝşkil edilǝn bombardman nǝticǝsindǝ isǝ eyni ailǝyǝ mǝnsub 17 nǝfǝr ölüb.
Rifah şǝhǝrinǝ edilǝn hücumlarda isǝ çoxlu sayda ev yıxılıb.
Hava hücumları sǝbǝbindǝn xalq, evlǝrini tǝrk edǝrǝk daha tǝhlükǝsiz yerlǝrǝ qaçır.
İsrail ordusu dinc ǝhali ilǝ yanaşı bölgǝdǝ humanitar yardım fǝaliyyǝtlǝrini davam etdirǝn vǝzifǝlilǝri dǝ hǝdǝf alır.
BMT Fǝlǝstinli Qaçqınlara Yardım Tǝşkilatına mǝxsus bir maşının vurulduğu, hadisǝ zamanı iki nǝfǝrin öldüyü bildirilib.
İsrail ordusu Qǝzzanın yegânǝ elektirik stansiyasını vǝ stansiyaya aid yanacaq anbarını vurub. Hücum sǝbǝbindǝn evlǝr, xǝstǝxanalar vǝ mǝktǝblǝrǝ elektirik enerjisi verilǝ bilmir.
Fǝlǝstin Sǝhiyyǝ Nazirliyi, Qǝzzanın müxtǝlif bölgǝlǝrinǝ tǝşkil edilǝn hücumlarda hǝyatını itirǝnlǝrin sayının 128 olduğunu açıqlayıb. Bununla da iyulun 7-dǝn etibarǝn ölǝnlǝrin sayının 1200-ü keçdiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr