Tayvanda təyyarə qəzası

Trans Asia Hava Yollarına mәxsus bir təyyarə təcili eniş әsnasında qәzaya uğrayıb.

68833
Tayvanda təyyarə qəzası

Tayvanda Trans Asia Hava Yollarına mәxsus bir təyyarənin təcili eniş әsnasında qәzaya uğraması nәticәsindә 47 nәfәr hәyatını itirib.
Әldә edilәn mәlumata әsasәn, qeyri sabit hava şәraiti səbəbiylə zəruri eniş etmək məcburiyyətində qalan tәyyarәdә 54 sərnişin və 4 ekipajın olduğu, bunlardan 47-nin həyatını itirdiyi 11-nin isә xәsarәt aldığı bildirilir.
Tayvanda təsirli olan Matmo qasırğası sәbәbiylә bir çox tәyyarә reysi lәğv edilib. Qəzaya qasırğanın səbəb olduğu fikrinin hökm sürmәsinә baxmayaraq Mülki Aviasiya İdarəsi hadisə əsnasında hava şәraitinin eniş üçün əlverişli olduğunu açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr