İtkin şәxslәrlә bağlı konkret addım

Әroğlu ilə Anastasiadis arasında danışıqlar olub

69660
İtkin şәxslәrlә bağlı  konkret addım

Şimali Kıbrıs Türk cümhuriyyәti prezidenti Derviş Әroğlu ilə Rum Rəhbərliyinin lideri Nikos Anastasiadis, bitәrif bölgәdә bir araya gəlib.
Daha әvvәl baş tutan danışıqlarda itkin şəxslər komitəsinin fәaliyyәtlәrinә dәstәk mövzusunda razılaşan iki lider, bununla bağlı ilk konkret addımı ataraq, İtkin Şəxslər Komitəsi Antropologiya laboratoriyasını ziyarət edib.
İtkin Şəxslər Komitəsinin Üzvü Paul Henry Arnie, liderlәrin loboratoriyanı ilk dәfә birlikdә ziyarət etdiyinә diqqәt çәkәrәk, , komitə və itkin ailələr adından hər iki liderə minnәtdarlığını bildirib.
Mindən çox itkin şəxsin qalıqlarına hələ də çatılmadığını ifadə edən Arnie, komitənin büdcəsinin artırılmasının vacib olduğunu deyib.
Qeyd edәk ki, Antropologiya laboratoriyasında 1963 və 1974 illəri arasında itən vә daha sonra məzarları aşkarlanan şәxslәrin şəxsiyyəti müәyyәnlәşdirilir.
İndiyә dәk 396-sı Yunan, 125-i Türk olmaqla 521 nәfәrin şəxsiyyəti təsbit edilərək cənazələri ailələrinə tәhvil verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr