Fələstində ölənlərin sayı 636-ya çatıb

İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunusun şərq hissələrinə qurudan və havadan təşkil etdiyi hücumda 1 Fələstinli həyatını itirib onlarla adam isə yaralanıb.

68322
Fələstində ölənlərin sayı 636-ya çatıb

İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunusun şərq hissələrinə qurudan və havadan təşkil etdiyi hücumda 1 Fələstinli həyatını itirib onlarla adam isə yaralanıb.
Bununla da həyatını itirənlərin sayı 636-ya çatıb, yaralananların sayı isə 4 minə yaxınlaşıb.
Hücumlarda həyatını itirənlərin 160 uşaq 77 isə qadındır. Bundan başqa İsrailin qurudan və havadan təşkil etdiyi hücumlarda ayrıca xeyli sayda ev və əkinçilik əraziləridə zərər görüb.
İsrail tərəfinin itkisi isə 28 əsgər olmaqla 30 nəfər olduğu açıqlanıb.Bu rəqəmlər isə 2008-2009-cu ildə İsrailin Qəzzaya reallaşdırdığı quru əməliyyatları zamanındakı itkilərdən 3 dəfə çoxdur.
BMT-nin Humanitar İşlər Koordinasiya Ofisi Qəzzada 100 mindən çox adamın evlərini tərk etdiyini açıqlayıb. Qəzzadakı elektrik sistemini çökməsi səbəbindən bir milyon 200 min adamın susuzluqdan əziyyət çəkdiyi ifadə edilib.
Hücumlarda min 100 evin yıxıldığı, 18 min 300-ə yaxın iqamətgahın isə zərər gördüyü bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr