Obama, ümumi ictimaiyyǝtǝ çağrış edib

ABŞ prezidenti Barack Obama, İsrail ilǝ Fǝlǝstin arasında atǝşkǝs tǝmin edilmǝsi üçün ümumi ictimaiyyǝtǝ çağrış edib.

66586
Obama, ümumi ictimaiyyǝtǝ çağrış edib

ABŞ prezidenti Barack Obama, İsrail ilǝ Fǝlǝstin arasında atǝşkǝs tǝmin edilmǝsi üçün ümumi ictimaiyyǝtǝ çağrış edib.
Ağ Evdǝ mǝtbuata açıqlama verǝn Obama, sözlǝrinǝ Qǝzzada baş verǝn hadisǝlǝrdǝn başlayaraq deyib ki, dinc ǝhalidǝn insanların ölümündǝn narahatlıq duyuram, hazırda ilk hǝdǝfimiz ölüm hallarının qarşısını alacaq atǝşkǝs tǝmin etmǝkdir.
Bu mǝqsǝdlǝ Dövlǝt katibi John Kerrynin Misirǝ sǝfǝr etdiyini xatırladan Obama, atǝşkǝs tǝmin edilmǝsinin asan olmayacağını bildirib.
Obama, quru ǝmǝliyyatı müddǝtindǝ Hǝmasın ciddi zǝrǝr gördüyünü; İsrailin özünü müdafiǝ hüququnun olduğunu bir daha dilǝ gǝtirib.
Obamanın ikinci gündǝm maddǝsi isǝ Ukraynada düşürülǝn Malziyaya hava yollarına aid tǝyyarǝ olub.
Beynǝlxalq heyǝtin tǝyyarǝnin dağıntılarını tǝdqiq etmǝk üçün hazırlaşdığını qeyd edǝn Obama, Rusiya tǝrǝfdarı ayrılıqçıların araştırmalara mane olduğunu deyib.
Barack Obama, Rusiya vǝ Putinin tǝdqiqatın problemsiz davam etdirilmǝsi barǝdǝ birbaşa mǝsuliyyǝt daşıdığını bildirib.
Moskva rǝhbǝrliyinǝ qarşı ittihamlarını davam etdirǝn Obama, Rusiyanın separatçılara tǝyyarǝ vuran mexanizm daxil silah vǝ tilim dǝstǝyi tǝmin etdiyini vurğulayıb.
Obama, Rusiyanın separatçılara dǝstǝk vermǝkdǝ davam edǝcǝyi tǝqdirdǝ özünü daha çox tǝcrid edǝcǝyini vǝ sanksiyaların artacağını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr