Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb

ABŞ katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefonla danışaraq Ukraynada baş verən olayları müzakirə edib.

64964
Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefonla danışaraq Ukraynada baş verən olayları müzakirə edib. Birləşmiş Ştatlarının dövlət departamentindən bildirilib ki, Kerri Rusiyaadan Ukraynadakı gərginliyi azaltmaq üçün dəqiq və təcili addımlar atmasını, separatçıların silahı yerə qoymasını, bütün girovların sərbəst buraxılmasını və sülh üçün Ukrayna hökuməti ilə siyasi dialoqa getməsini istəyib. Eyni zamanda dövlət katibi rəsmi Moskvanı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı müşahidəçilərinin sərhəddin təhlükəsizliyini təmin etməsinə yardım etməyə çağrıb. Açıqlamada Con Kerrinin Ukraynada vurulan Malayziya Hava yollarına aid təyyarənin qəza sahəsinə beynəlxalq ekspertlərin birbaşa, təcili və sərbəst şəkildə çatmasının vacibliyini xüsusilə vurğuladığı ifadə edilib. Kerri və Lavrovun Qəzzadakı olaylarıda müzakirə etdiyi qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr