Ukrayna və Rusiyaya qarşı sanksiyalar müzakirə edilib

Barak Obama Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışıb.

133615
Ukrayna və Rusiyaya qarşı sanksiyalar müzakirə edilib

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışıb. Hər iki lider Ukrayna və Rusiyaya qarşı sanksiyalarla bağlı müzakirələr aparıblar.
Ağ Evdən verilən açıqlamada Obamanın Putinə Ukraynadakı separatçı qüvvələri Rusiyanın ağır silahla təmin etməsi ilə bağlı dəlil olduğunu dediyi bildirilir.
Obama, Rusiyalı həmkarına ölkədəki təzyiqin dayanması üçün konkret addımlar atılmayacağı tədqirdə əlavə sanksiyaların qaçılmaz olduğunu da xatırladıb.
Amerika Birləşmiş Ştatlarının prezidenti Ukrayna sərhədindəki Rusiya qüvvələrinin artırılması ilə bağlı narahatlığını da dilə gətirib.
Obama Putindən atəşkəsin təmin edilməsi üçün separatçılara təzyiq etməsini, müzakirə üçün təyin olunan yol xəritəsini dəstəkləməsini və Ukraynaya silah keçirilməsinin dayandırılmasını da istəyib.
Barak Obama, Putinə Rusiyanın konkret addım atmayacağı tədqirdə təcrid olunmağa davam edəcəyini də xatırladıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr