Tǝyyarǝdǝki 298 nǝfǝrdǝn xilas olan yoxdur

İtkin düşǝn Malayziya hava yollarına mǝxsus sǝrnişin tǝyyarǝsilǝ bağlı mübahisǝlǝr davam edǝrkǝn eyni şirkǝtǝ aid Boeing sǝrnişin tǝyyarǝsi içindǝki 298 nǝfǝrlǝ Ukrayna-Rusiya sǝrhǝddindǝ düşürülüb.

133383
Tǝyyarǝdǝki 298 nǝfǝrdǝn xilas olan yoxdur

İtkin düşǝn Malayziya hava yollarına mǝxsus sǝrnişin tǝyyarǝsilǝ bağlı mübahisǝlǝr davam edǝrkǝn eyni şirkǝtǝ aid Boeing sǝrnişin tǝyyarǝsi içindǝki 298 nǝfǝrlǝ Ukrayna-Rusiya sǝrhǝddindǝ düşürülüb.
Rusiya tǝrǝfdarı ayrılıqçılarla Ukrayna ordusu arasında şiddǝtli döyüşlǝrǝ sǝhnǝ olan bölgǝdǝ düşǝn tǝyyarǝ ilǝ bağlı olaraq tǝrǝflǝr bir-birilǝrini ittiham edirlǝr.
Kuala Lumpura getmǝk üzrǝ Amsterdamdan qalxan sǝrnişin tǝyyarǝsinin hǝrǝkǝtindǝn qısa müddǝt sonra Ukraynanın Rusiya sǝrhǝddi yaxınlığında düşdüyü xǝbǝri yayılıb.
Başlanışda tǝyyarǝnin çiyindǝn atılan bir raketlǝ vurularaq düşürüldüyü açıqlandıqda, diqqǝtlǝr separatçılara çevrildi.
Separatçılar eyni saatlarda daha kiçik bir Ukrayna hǝrbi tǝyyarǝsini düşürdüklǝrini, sǝrnişin tǝyyarǝsini isǝ onların yox Ukrayna ordusunun düşürdüyünü iddia edir.
Beynǝlxalq Avia Nǝqliyyatı Birliyi, tǝyyarǝnin vurulduğu ǝsnada normal istiqamǝtindǝ uçduğunu vǝ uçuşa qadağan mǝkanda olmadığını açıqlayıb.
Ayrıca tǝyyyarǝnin radardan itdiyi anda 10 min metr hündürlükdǝ olduğu bildirilib. Bu da, tǝyyarǝnin mǝnzili daha uzun ağır silahla vurulmuş ola bilǝcǝyi mübahisǝlǝrini dǝ doğurur. Çünki çiyindǝn atılan raketlǝrin mǝnzili 3 min ilǝ 5 min arasında dǝyişir.
ABŞ rǝhbǝrliyi tǝyyarǝnin düşürülmǝsindǝ, Rusiya tǝrǝfdarı Ukraynalı separatçıların ǝlinin ola bilǝcǝyini bildirib.
Ancaq separatçıların hadisǝdǝn dǝrhal sonra tǝyyarǝnin dağıntılarının yanına gedǝrǝk axtarış fǝaliyyǝtlǝrindǝ iştirak etmǝsi suallar doğurur.
Rusiya hadisǝ ilǝ ǝlaqǝsinin olmadığını bildirib.
Daha ǝvvǝl 280 olaraq açıqlanan sǝrnişin sayı, tayyǝrǝdǝ 3 körpǝ uşaq olduğunun müǝyyǝnlǝşdirilmǝsilǝ 283 olaraq açıqlanıb.
Tǝyyarǝdǝki cǝmi 298 nǝfǝrdǝn xilas olan yoxdur.
Hollandiya Baş naziri Mark Rutte, sǝrnişinlǝrin 154-nün hollandiyalı olması sǝbǝbindǝn bayraqların yarıya endirilmǝsi ǝmrini verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr