Sanksiya siyahısına daha 11 adam əlavə edilib

Sanksiya qərarının Avropa İttifaqının rəsmi qəzetində sabah dərc olunmasının ardından qara siyahıya salınan səlahiyyətli sayı 72-yə çıxacaq.

126071
Sanksiya siyahısına daha 11 adam əlavə edilib

Avropa İttifaqı, Ukraynanın şərqindəki hadislələrə görə sanksiya siyahısına daha 11 adam əlavə edib.

Sanksiya qərarının Avropa İttifaqının rəsmi qəzetində sabah dərc olunmasının ardından qara siyahıya salınan səlahiyyətli sayı 72-yə çıxacaq.

Brüsseldən verilən açıqlamaya əsasən Ukraynanın şərqindəki hadisələrdən məsul olan 11 adamın Avropa İttifaqına üzv ölkələrdəki mal varlıqlarının dondurulduğu və birlik ölkələrinə səyahətlərinin qadağan edildiyi bildirilib.

Son sanksiya qərarının ardından qara siyahıda yer tutan Rus və Krımlı səlahiyyətli sayı 61-dən 72-yə çıxıb.

Mərkəz qərargahı Krımda olan iki şirkətin də Avropa İttifaqındakı mal varlıqları dondurulub.

Sanksiya siyahısına salınan şeni şəxslərin böyük miqyasda Ukraynalı separatçılardan və Avropa Birliyi liderlərinin 27 İyunda müəyyən etdikləri şərtlərə uyğunlaşmayan kəslərdən meydana gəldiyi ifadə edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr