XİN terror hadisəsini sǝrt şǝkildǝ qınayıb

Mogadişuda parlament binası yaxınlığında bomba yüklü avtomobillə hücum təşkil edilib.

118592
XİN terror hadisəsini sǝrt şǝkildǝ qınayıb

Somalinin paytaxtı Mogadişuda parlament binası yaxınlığında bomba yüklü avtomobillə hücum təşkil edilib.
Hökumət qaynaqlarından verilən məlumata görə, parlament binasının arxa qapısına doğru hərəkət edən bomba yüklü avtomobil içindəki kamikadze tərəfindən partladılıb.
İlkin məlumatlara görə hadisə nəticəsində 4 nəfər həlak olub, biri polis ǝmǝkdaşı olmaqla 3 nəfər isǝ yaralanıb.
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada terror hadisəsi sǝrt şǝkildǝ qınanıb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr