Rusiyanın cavabı yubanmadı
NATO-nun 13 hǝrbi gǝmisilǝ Bolqarıstan sahillǝrindǝ başlatdığı hǝrbi tǝlimǝ Rusiyanın cavabı yubanmadı.
NATO-nun 13 hǝrbi gǝmisilǝ Bolqarıstan sahillǝrindǝ başlatdığı hǝrbi tǝlimǝ Rusiyanın cavabı yubanmadı.
Rusiya, Krımın Sevastopol hǝrbi bazasında yerlǝşǝn Rusiya donanmasına mǝxsus 20 hǝrbi gǝmi NATO ilǝ bǝrabǝr zamanda Qara dǝnizdǝ hǝrbi tǝlim başlatdığını açıqlayıb.
Rusiya Müdafiǝ Nazirliyi, Qara dǝnizdǝ başladılan hǝrbi tǝlimin öncǝdǝn planlaşdırıldığını bildirsǝ dǝ mütǝxǝssislǝr bunun NATO-ya qarşı bir qisas olduğunu bildiriblǝr.
Rusiyanın Qara dǝnizdǝ başlatdığı hǝrbi tǝlim sadǝcǝ açıq dǝnizlǝ mǝhdud deyil.
Möhtǝmǝl bir düşmǝnin sahilǝ hücum etmǝsi tǝşǝbbüsünǝ qarşı tǝlimdǝ Rusiya quru qüvvǝlǝrilǝ yanaşı hǝrbi helikopterlǝr vǝ qırıcı tǝyyarǝlǝr dǝ işǝ daxil olacaq.
Digǝr tǝrǝfdǝn Ukraynanın şǝrqindǝki Slavyanskda Ukrayna ordusu ilǝ separatçılar arasındakı toqquşmalar davam edir.
Ukrayna prezidenti Petro Poroşenko ordunun Slavyanskdakı uğurlu irǝlilǝyişinin ardından tǝcili dövlǝt binalarına girilib Ukrayna bayrağının çǝkilmǝsi üçün tǝlimat verib.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb