BMT-nin planı

BMT-nin 2014-cü ildə Suriya Təcili Müdaxilə Planı açıqlanıb.

118387
BMT-nin planı

Planda cari ilin sonuna qədər suriyalı qaçqınların sayının 3 milyon 600 min nəfərə çatacağı ifadə edilib.
BMT-nin Cenevrə ofisində təşkil edilən mətbuat konfransında açıqlanan planda, iyunun 1-nə olan məlumata görə Türkiyədə 765 min 560 suriyalı qaçqının məskunlaşdığı qeyd olunub. İl sonuna qədər bu rəqəmin 1 milyona çatacağı güman edilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına dəstək olan ölkələrdən Livan, Türkiyə, İraq və Misirdəki suriyalı qaçqınlar üçün lazımlı olan 3 milyard dollarlıq kömək proqramına dəstək vermələri istənilib.
Digər tərəfdən BMT-nin Uşaqlara Kömək Fondu olan UNICEF də ölkədəki vətəndaş müharibəsi nəticəsində 6 milyondan çox uşağın zərər çəkdiyini açıqlayıb. Bu rəqəm isə ötən illə müqayisədə üç qat çoxdur.
Qeyd edək ki, 2 milyon 900 min qaçqının 1 milyonunu uşaqlar təşkil edir. UNICEF Suriyada və qonşu ölkələrdə məskunlaşan suriyalı uşaqların ehtiyaclarını ödəmək üçün il sonuna qədər 770 milyon dollara ehtiyac duyulduğunu da bəyan edib. Ancaq bu günə qədər bu rəqəmin yalnız 37 faizi toplana bilib. Suriya İnsan Haqqları Təşkilatının məlumatlarına görə vətəndaş müharibəsində 162 mindən çox adam həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr