Ukraynada geniş dairǝli ǝmǝliyyat

Ukrayna ordusu, atǝşkǝs qǝrarının başa çatmasının ardından separatçıların yerlǝşdiyi şǝrq bölgǝsindǝ geniş dairǝli ǝmǝliyyat başladıb.

114284
Ukraynada geniş dairǝli ǝmǝliyyat

Ukrayna ordusu, atǝşkǝs qǝrarının başa çatmasının ardından separatçıların yerlǝşdiyi şǝrq bölgǝsindǝ geniş dairǝli ǝmǝliyyat başladıb.
Rusiya tǝrǝfdarı ayrılıqçılar isǝ Donetksdǝ bölgǝ polis mǝrkǝzinǝ hücum edib.
Tǝhlükǝsizlik qüvvǝlǝrinin cavab vermǝsi qarşısında atışma yaranıb. Hadisǝ zamanı bir polis ǝmǝkdaşı ölüb, ikisi isǝ yaralanıb.
Ukrayna Daxili İşlǝr naziri Arsen Avakov, ǝmǝliyyatın hǝyata keçirildiyi bölgǝdǝki xalqı, olduqları binaları tǝrk edǝ bilmǝlǝri üçün tǝhlükǝsiz yollardan istifadǝ etmǝlǝri barǝdǝ mǝlumatlandırıb.
Digǝr tǝrǝfdǝn, Rusiya prezidenti Putin, Ukraynada yaşananların, Rusiyanı mühasirǝdǝ saxlama siyasǝtinin nǝticǝsi olduğunu deyib.
Putin, Rusiyanın ABŞ ilǝ ǝlaqǝlǝrini dayandırmaq kimi bir niyyǝtinin olmadığını bildirǝrǝk ǝlaqǝlǝrin onların sǝhv siyasǝti nǝticǝsindǝ pozulmadığını qeyd edib.
ABB Dövlǝt katibi John Kerry ilǝ telefonla danışan Rusiya Xarici İşlǝr naziri Sergey Lavrov, Ukrayna prezidenti Petro Poroşenkonun atǝşkǝsin müddǝtini uzatmama qǝrarının Rusiya, Almaniya, Fransa vǝ Ukrayna liderlǝri tǝrǝfindǝn daha öncǝ imzalanan müqavilǝlǝri pozduğunu deyib.
Digǝr tǝrǝfdǝn Almaniya, Ukraynada atǝşkǝs üçün vasitǝçi olub. Almaniya Xarici İşlǝr naziri, Ukraynada böhranın dǝrinlǝşmǝsinǝ mane olmaq mǝqsǝdilǝ Rusiya, Ukrayna vǝ Fransa Xarici İşlǝr nazirlǝrini Berlinǝ dǝvǝt edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr