Con Kerri Əhməd Carba ilə görüşüb

Səudiyyə Ərəbistanında səfərdə olan Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri Ciddə hava limanında Suriyalı mülayim müxaliflərin lideri Əhməd Carba ilə görüşüb.

109661

Əhməd Carba Amerika Birləşmiş Ştatlarının dövlət katibi görüşünün ardından verdiyi açıqlamada, İraq ilə Suriya arasındakı sərhədin aradan qalxdığını, İŞİD silahlılarının rahatca qarşı tərəfə keçdiklərini və bu vəziyyətin də bölgədə qarışıqlığı artırdığını ifadə edib.
Suriyada Əsəd rejiminə qarşı döyüşərkən digər tərəfdən də İŞİD üzvüləri ilə döyüşdüklərini izah edən Carba daha çox xarici köməyə ehtiyacları olduğunu qeyd edib.
Con Kerri daha sonra Səudiyyə Ərəbistanı Kralı Abdullahın sarayında kral ilə bir araya gəlib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr