Misirin fǝaliyyǝtlǝri tǝsdiqlǝnib

Misirin Afrika Birliyindǝki fǝaliyyǝtlǝrini davam etdirmǝsi barǝdǝki qǝrar tǝsdiq edilib.

108347
Misirin fǝaliyyǝtlǝri tǝsdiqlǝnib

Afrika Birliyi Sülh vǝ Tǝhlükǝsizlik Şurasının, “Misirin Afrika Birliyindǝki fǝaliyyǝtlǝrinǝ davam etmǝsi” qǝrarını tǝsdiqlǝdiyi bildirilib.
Cibutinin sabiq Baş naziri vǝ Afrika Birliyinin Misir üzrǝ ali Sǝviyyǝli Komissiya üzvü Dileita Mǝhǝmmǝd Dileita, Malaboda toplantı keçirǝn Afrika Birliyi Sülh vǝ Tǝhlükǝsizliq Şurası zirvǝ toplantısından sonra verdiyi açıqlamada, yekdilliklǝ qǝbul edilǝn bu qǝrarın, Misirin Afrikadakı yerini göstǝrdiyini bildirib.
Dileita, Misir prezidenti Abdulfǝttah ǝs-Sisinin bu gün başlayacaq Afrika Birliyinin zirvǝ toplantısına qatılmasından mǝmnunluq duyduğunu dilǝ gǝtirib.
Xatırladaq ki, Afrika Birliyi Sülh vǝ Tǝhlükǝsizlik Şurası, 17 iyunda Misirin üzvlüyünün tǝxirǝ salınması ilǝ bağlı qǝrarını sǝs birliyilǝ lǝğv etdiyini açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr