Qərar ləğv edilib

Rusiya Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərarını ləğv edib.

106941
Qərar ləğv edilib

Tǝklifin lehinə 153, əleyhinə 1 senator səs verib.
Putin iyunun 24-də Federasiya Şurası qarşısında Ukraynaya ordu göndərilməsi barədə qərarın ləğvi barədə məsələ qaldırıb. Məqsəd Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması və yoluna qoyulmasıdır və bu addım tərəflər arasında danışıqların başlanması ilə əlaqədar atılıb.
Qeyd edək ki, bu il martın 1-də Rusiya Federasiya Şurası Putinin Ukraynaya qoşun yeridilməsi barədə təklifini yekdilliklə qəbul edib. Bundan sonra Rusiya Ukraynanın Krım Muxtar Respublikasının ilhaqını həyata keçirib.
Müşahidəçilər Moskvanın son addımının ABŞ və Avropa Birliyinin Rusiya iqtisadiyyatına sektoral sanksiyalar tətbiq etməsinə yol verməmək məqsədi daşıdığını bildirirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr