ABŞ Dövlǝt katibi Con Kerri İordaniyada görüşlər keçirib

Görüşdə İraq və Suriyadakı vəziyyət müzakirə olunub.

103642
ABŞ Dövlǝt katibi Con Kerri İordaniyada görüşlər keçirib

ABŞ Dövlǝt katibi Con Kerri Orta Şərq səfəri çərçivəsində İordaniya xarici işlər nazirinin müavini Nasır Cude ilə təkbətək görüşüb.
Görüşdə İraq və Suriyadakı vəziyyət müzakirə olunub.
İordaniya rəsmi xəbər agentliklərinin məlumatına görə, Con Kerri və Nasır Cude, İraqda yaşanan və bölgənin təhlükəsizliyini təhdid edən hadisələr qarşısında hər kəsi gücünü səfərbər etməyə çağırıb.
Xəbərdə, Cudenin, “Qardaş İraqda bütün tərəflərin, ölkədəki hər tərəfi əhatə edəcək bir siyasi yol izləyərək, həqiqi milli uyğunluğu və birləşmə təmin edilməsinə ümid edirəm" dediyi qeyd olunur.
“Petra” xəbər agentliyinin məlumatına görə Cude ilə Kerri görüşdə Suriyadakı son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, Con Kerri ötən gün səhər Misirdə görüşlər keçirimişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr