Olland və Merkel, Putinlə telefonla danışıblar

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı böhranla bağlı telefonla danışıblar.

101094
Olland və  Merkel, Putinlə telefonla danışıblar

Olland və Merkelin, Putinlə eyni vaxtda reallaşdırdıqları telefon danışığında Ukraynanın şərqində təhlükəsizliyin təmin edilməsi üçün qarşıdurmaların tez bir zamanda dayandırılmasının əhəmiyyəti bir daha vurğulanıb. Şərhdə, hər iki liderin Putindən, qarşıdurmaların mümkün olan qədər tez bir zamanda dayandırılması üçün lazım olan bütün səylərin göstərilməsi ifadə edilir. Əks təqdirdə beynəlxalq cəmiyyətin Rusiyayla əlaqələrə təsir edəcək yeni tədbirlər görəcəyi deyilib.
Telefon danışığında bundan başqa Olland və Merkel, Putinə Rusiya qazının Ukraynaya verilməsi ilə bağlı müzakirələri yenidən başlatmasını təklif edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr