Ukraynada hədəflər atəşə tutulub

Ukrayna ordusu separatçıların nəzarətində olan hədəfləri atəşə tutub.

88649
Ukraynada  hədəflər atəşə tutulub

Ukraynanın şərqindəki Slavyanskda ordu ilə separatçılar arasındakı qarşıdurmalar davam edir.

Ukrayna ordu qüvvələrinə bağlı birliklər tərəfindən şəhərdəki bəzi ərazilər top atəşinə tutulub. Nəticədə şəhərin bir çox yerlərində elektrik və telefon xəttləri kəsilib.

Digər tərəfdən həftə sonu and içmǝ mǝrasimindǝn sonra rəsmi olaraq vəzifəsinə başlayan Ukrayna Dövlət başçısı Petro Poroşenko, ölkənin şərqindəki qarşıdurmalarda hər gün xeyli sayda insanın həlak olduğunu bildirərək, bunun qəbulolunmaz olduğunu və tez bir zamanda sona çatdırılmasının vacibliyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr