Yeni hökumәt fәaliyyәtә başlayıb

Toqquşmaların yaşandığı Liviyada yeni hökumət fəaliyyətə başlayıb.

74469
Yeni hökumәt fәaliyyәtә başlayıb

Müxtəlif üsyançı qruplaşmaların toqquşmalarının yaşandığı Liviyada yeni hökumət fəaliyyətə başlayıb. Baş nazir Əhməd Maatik tərəfindən qurulan və 23 nazirlikdən ibarət olan hökumətin 19 naziri and içib. Baş nazir Əhməd Maatik başda təhsil, müdafiə, xarici işlər və planlaşdırma nazirləri olmaqla 4 nazirliyi isə böhrandan çıxış hökuməti qurulması üçün müxalifətə həvalə edib. Hökumətə qarşı hücumlar təşkil edən General Haftarla bağlı böhran da davam edir. Haftar Ali Məhkəməni gələcək seçki prosesini idarə etmək üçün böhran hökuməti qurmağa çağırıb. Qəddafi rejiminin devrilməsində vacib rol oynayan və bir müddət ABŞ-da yaşadıqdan sonra ölkəsinə qayıdan General Haftar Liviyanı Əl-Qaidə ilə əlaqəli qruplaşmalardan təmizləməyi vəd edir. Xatırladaq ki, iyunun 25-də Liviyada seçkilər keçiriləcək. Yeni formalaşacaq Parlament Milli Ümumi Konqesi əvəz edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr