Türkiyә Tailanddakı hәrbi çevrilişi qınayıb

Türkiyә hökumətlərin geyri-demokratik yollarla dəyişdirilməsinə qarşı olduğunu bəyan edib.

73050
Türkiyә Tailanddakı hәrbi çevrilişi qınayıb

Türkiyə Tailandda ordunun hakimiyyəti әlә keçirmәsi ilə bağlı açıqlamasında hökumətlərin geyri-demokratik yollarla dəyişdirilməsinə qarşı olduğunu bəyan edib. Xarici İşlər Nazirliyindən verilәn açıqlamada bildirilib ki, Tailandda yenidәn demokratiyanın hakim olmasını gözlәyirik. Bəyanatda vurğulanıb ki, Tailandda silahlı qüvvәlәrin hakimiyyəti әlә keçirәrәk Konstitusiyanın tәtbiqini dayandırdığını açıqlaması tәәssüf doğurur. Yaxın dostluq və əməkdaşlıq əlaqələrimiz olan Tailandda demokratiyanın yenidәn hökm sürəcəyini gözləyirik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr