İsrail hərbçiləri iki Fələstinlini həlak edib

Nakba günündə Ramallah şəhərində nümayiş təşkil edən Fələstinlilərin üstünə atəş açılıb və iki Fələstinli həlak olub.

68674
 İsrail hərbçiləri iki Fələstinlini həlak edib

İsrail hərbçiləri, Fələstinlilərə qarşı gücdən istifadəni davam etdirir.

Nakba günündə Ramallah şəhərində nümayiş təşkil edən Fələstinlilərin üstünə atəş açılıb və iki Fələstinli həlak olub.

İsrail qüvvələri, Nakba adlanan Böyük Fəlakət’in 66. illiğində Ramallah şəhərində Ofer dustaqxanası qabağında təşkil olunan nümayişə müdaxilə edib. Nakba, yəni Böyük Fəlakət, 1948-ci ildə Fələstində yaşayan 957 000 sakindən yarıdan çoxunun zor gücüylə köçürülməsi və İsrail dövlətinin müstəqilliğini elan etməsi mənasındadır. Bu günün illiğində İsrail hərbçiləri, nümayişçiləri gülləbaran edib. Açılan atəş nəticəsində biri 15 digəri 17 yaşlı iki yeniyetmə həlak olub, 8 nəfər də yaralanıb.

İsrail tərəfi isə müdaxilədə plastik güllələrdən istifadə edildiğini irəli sürüb.

Nakbanın illiği münasibətilə Qəzzə zolağında da nümayişlər təşkil olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr