Ukranada gәrginlik davam edir

Ukraynanın şərqində Rusiya tәrәfdaşları,nәzarәtlәrindә olan bölgələrin әhatә dairәsini genişlәdir.

62026
Ukranada gәrginlik davam edir

Ukraynanın şərqində Rusiya tәrәfdaşları,nәzarәtlәrindә olan bölgələrin әhatә dairәsini genişlәdir.

Ukrayna Dövlət Başçısı Oleksander Turçinov, ölkənin şərqində vəziyyətә nәzarәt edә bilmәdiklәrini qəbul edərək, təhlükəsizlik qüvvələrinin hadisələrin daha da yayılmasının qarşısını almaqda sәy etdiklәrini bildirib.

Ukrayna silahlı qüvvələrinin Rus işğalına qarşı ən yüksək səviyyədə hazır vәziyәtdә olduqlarını qeyd edib.

Təhlükəsizlik qüvvələrindən bir hissәsinin Rusiya tәrәfdaşlarına qoşulduqlarını və ya dəstək verdiyini ifadә edәn prezident Turçinov , on minlərlə rus əsgərinin sərhədə yığınak etdiyini, Rusiyanın işğala başlamasının yüksәk ehtimal olduğunu vurğulayıb.

Ukraynanın baş naziri Arsen Yatsenyuk da, kabinet yığıncağında etdiyi çıxışında bildirib ki, xalq ölkənin şərqindəki vəziyyətin nəzarət altına alınmasını istәyir. Bu istәyә cavab verilmәmәsi, hökumətin vəzifəsini icra etmәdiyi mәnasını verir. Bu da kabinet dəyişikliyi tәlәb edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə, Ukraynanın Rusiyanı işğala hazırlandığına dair iddiaları tәkzib edib vә tәhrikamiz şәrhlәrdә imtina etmәsini istәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr