Xarici mətbuat,12 avqust 2021

Dünya informasiya  vasitələrində gündəmə dair dərc olunmuş xəbərdən başlıqlar

1689808
Xarici mətbuat,12 avqust 2021

“Fransa 24”: Fransa Prezidenti Emmanuel Makron, sağlamlıq böhranının “demokratik” qaydalar əsasında idarə edildiyini  bildirib.

“Le Soir”: Bennu asteroidi Yer üçün təhlükədirmi? Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) hesablamalarını nəzərdən keçirib və  “Bennunun Günəş sistemimizdə mövcud olduğu bilinən ən təhlükəli iki asteroiddən birinin Bennu  olduğunu  açıqlayıb.  

“Le Monde”: Əlcəzairin şimalında baş verən meşə yanğınlarında ölənlərin sayı  69-a çatıb.

“el-Düstur” (İordaniya qəzeti): İsrail 2021-ci ilin əvvəlindən Şərqi Qüdsdəki 81-dən çox binanı söküb.

“el-Quds el-Arabi” (Ərəb-İngilis Qəzeti): İsrail və Mərakeş Rabatda (Mərakeşin Paytaxtı) əməkdaşlıq və məsləhətləşmə müqavilələri imzalayıblar.

“el-Raye el-Qatariyye (Qətər Qəzeti): Qətər əmiri Şeyx Tamim İbn  Hamed Əl Sani, yeni səfirlərin təyin edilməsi ilə əlaqədar sərəncam imzalayıb.

“Bild.de”: Berlində casusluq gərginliyi. İngiltərənin Berlindəki səfirliyinin əməkdaşı Rusiyaya casusluq etməkdə ittiham  edilərək saxlanılıb.

“Handelsblatt.de”: Dünyanın ən  nəhəngi  olan Ninqbo  limanı bağlanıb. Şanxay şəhəri yaxınlığındakı liman, koronavirusa yoluxmuş bir işçi səbəbiylə bağlanıb.

“La Vanguardia” (İspaniya): İspaniyada “Covid-19”  əleyhinə  hazırlanan  ilk  yerli   peyvəndin  sınaqdan  keçirilməsinə icazə verib.  

“Infobae” (Argentina): Əfqanıstanda taliban 9 şəhərə  nəzarəti  ələ keçirdikdən sonra bir ay ərzində paytaxt Kabulu mühasirəyə  sala  bilər  və  90 gün ərzində isə iqtidarı  ələ keçirə bilər.

“Telesur” (Venesuela): Haitidə ümumi seçkilər noyabrın 7-nə təxirə salınıb TASS: Göyərtəsində 13 turist və üç ekipaj üzvü olan Mi-8 tipli vertolyot Kamçatkaya təhlükəli eniş etdi.

“Kommersant”: Çexiya, Rusiya müdafiə məhsullarını ən çox satın alan  ölkələrdən biridir.

“İzvestiya”: Rusiya Federasiyasının Fövqəladə Hallar Naziri Yevgeni Ziniçev, Prezident Vladimir Putinin göstərişi ilə Yakutiyadakı meşə yanğınlarının söndürmə zonasına baş çəkib.  



Әlaqәli Xәbәrlәr