Xarici mətbuat, 11 avqust 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərin başlıqları

1689117
Xarici mətbuat, 11 avqust 2021

“el-Quds el-Arabi” (Ərəb-İngilis Qəzeti): Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı, 25-i əsgər olmaqla 42-yə yüksəlib.

“el-Raye el-Qatariyye” (Qətər qəzeti): Fransanın Paris Saint-Germai İdman Klubu Argentina milli futbolçusu Lionel Messini transfer edib.

 el-Raye el-Qatariyye (Qətər qəzeti): Yunanıstana cəlb olunan Qətər axtarış və xilasetmə dəstəsi meşə yanğınlarının baş verdiyi ərazilərdə vəzifəyə başlayıblar.

“Süddeutsche Zeitung”: Almaniyada peyvənd vurulmamış vətəndaşlardan 11 Oktyabrdan sonra koronavirus testi üçün pul tələb ediləcək.

“Deutsche Welle”: Almaniyada gənc əhali sayı ən aşağı səviyyədədir.

“El Mundo”: İspaniyada avqustun sonuna dək peyvənd vurulanların nisbəti ölkə əhalisinin 70% -ni təşkil edəcək. 9 gündə 5 milyona qədər ikinci dozanın tətbiqi planlaşdırılır.

“El Pais”: Elm adamlarının İspaniyada fosil yanacaqla bağlı xəbərdarlıqları artıq siyasi müharibəyə çevrilib. Qarşıdakı günlərdə iqlim dəyişikliyinə qarşı daha sərt tədbirlər həyata keçirilə bilər.

“El Nacional”: ABŞ sənədsiz mühacirləri Meksikaya deportasiya edir

“Le Figaro”: Fransada sutka ərzində 28 min 576 yeni hadisə(Koronavirus) və 68 ölüm qeydə alınıb.

“Le Matin” (İsveçrə): Lionel Messi Paris Saint-Germa futbol klubunda 30 nömrəli formanı geyinəcək.

“Fransa 24”: Cinsi təcavüzdə günahlandırılan və impiçmentlə hədələnən Nyu York valisi Andrew Cuomo istefa verdi.

“TASS Agentliyi”: Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Əfqanıstanın Özbəkistan və Tacikistanla olan sərhədinə nəzarət Talibandadır.

“İnterfaks Agentliyi”: Rusiyadakı Gamaleya Araşdırma Epidemiologiya və Mikrobiologiya İnstitutu, “Sputnik V” peyvəndi vurulduqdan sonra koronavirus infeksiyasına yoluxanların xəstəxanada yerləşdirilmə riskini 20 dəfə azaltdığını bildirir.

“Regnum Agentliyi”: Rusiya bankları depozit faizlərini pandemiyadan əvvəlki səviyyəyə qaytarıb.



Әlaqәli Xәbәrlәr