Xarici mətbuat, 27 İyul 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olunmuş xəbərlərdən başlıqlar

1680600
Xarici mətbuat, 27 İyul 2021

“Le Figaro”: Paris və London, La-Manş nəqliyyatında terrora qarşı mübarizə əməkdaşlığını irəli pillələrə qaldırır.

“Le Monde”: Fransa prezidenti Emmanuel Makron Polineziyanı ziyarəti zamanı peyvənd vurulmaqdan imtina edənlərin “məsuliyyətsiz” və “eqoist” olduqlarını ifadə edib və qınayıb.

“Le Soir”: Belçikada Müvəqqəti işsizlik müavinətləri, təzminat mübahisələri, daşqın qurbanlarına yardım kimi məsələlər müzakirə edilir.

“Deutsche Welle”: Türkiyədə epidemiyadan sonra həyata keçirilən lüks layihələr, əcnəbilərin mənzil tələbini artırıb. Bu il 50 mindən çox mənzil satışı reallaşaraq rekord qırılacağı gözlənir.

“az.net”: Payızda epidemiyanın dördüncü dalğasının yaşanacağı ehtimal olunan Almaniyada peyvənd olunmayanların azadlıqlarının məhdudlaşdırılması fikri mübahisələrə səbəb olub.

“Tagesschau.de”: Avropada Koronavirus ilə əlaqəli etirazlar aksiyaları artır.

“El Quds El Arabi”: Prezident Kays Said Tunisdə Məclisin bütün səlahiyyətlərini dondurduğunu, millət vəkillərinin toxunulmazlığını dayandırdığını, mövcud Baş nazir Hişam əl-Məşişini vəzifədən azad etdiyini və təyin edəcəyi bir Baş nazirlə icra hakimiyyətini təhvil alacağını bildirib. Onun bu sözlərindən sonra Birləşmiş Millətlər Təşkilatı Tunis səlahiyyətliləri danışıqlar apardığını açıqlayıb. Avropa İttifaqı isə prezidenti konstitusiyaya "hörmət" etməyə çağırıb.

“Aljazeera”: ABŞ prezidenti Co Bayden və İraq Baş naziri Mustafa əl-Kazimi ABŞ qüvvələrinin İraqdakı döyüş missiyasının ilin sonuna qədər bitəcəyini bildiriblər.

“Eldustour”: İordaniya Tunisdə cərəyan edən prosesləri yaxından izlədiklərini açıqlayıb.

“Elraya”: Qətər: “Qardaş Tunisdə sabitliyin qorunmasını gözləyirik”.

“REN.TV”: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova, ABŞ-ı İraq, Liviya və Suriyadakı izlərini təmizləməyə çağırıb.

“RİA Novosti”: Rusiyanın Baş naziri Mixail Mişustin Kuril adalarında sərbəst gömrük zonası rejimi tətbiq etməyi planlaşdırdıqlarını bildirib.

“İzvestiya qəzeti”: Rusiyalı atlet Yevgeni Rılov, Yaponiyanın paytaxtı Tokioda təşkil edilən Olimpiya Oyunlarında üzgüçülük üzrə 100 metr məsafəyə yarışda Avropa rekordunu qırıb və qızıl medal qazanıb.

“El País”: İspaniyada koronavirus səbəbi ilə ölənlərin sayı iki həftə də üç dəfə artıb.

 “EFE Agentliyi”: İspaniyada koronavirus hadisələrinin yüzdə 68-i Delta variantlarıdır.

“El Comercio”: Kolumbiya Prezidenti İvan Duque ABŞ-dan tələb edib ki, Venesuelanı terrorizmi təbliğ edən ölkə elan etsin.

 



Әlaqәli Xәbәrlәr