Xarici mətbuat,14 iyul 2021

Dünya mətbuatında gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar

1674979
Xarici mətbuat,14 iyul 2021

“El-Raya El-Qatariye” (Qətər): Livanda dərman çatışmazlığı, Ölkəyə qayıdanların çantaları dərmanlarla doludur.

“El-Zeman” (İraq): İraqdakı xəstəxanada baş verən yanğında ölənlərin sayı 80-dən çoxdur. Hadisə ilə əlaqəli aparılan istintaq çərçivəsində 13 səlahiyyətli nəzarətə alınıb.

“El-Vatan” (OMAN): Dünya Səhiyyə Təşkilatı insanların yeni növ koronavirus (Kovid-19) əleyhinə bir növ peyvənd vurulmalarını məsləhət görüb.

“Die Presse” (Avstriya): Əfqanıstanda vətəndaş müharibəsi - Minlərlə Əfqan Türkiyəyə qaçır.

“Zeit.de”: Almaniya kansleri Angela Merkel: “Federal hökumət məcburi vaksinasiyanı rədd edib”.

“Handelsblatt.de”: Almaniyada istehlak qiymətləri- İyun ayında inflyasiya nisbəti 2,3% olub. Bu da qiymət artım tempinin azaldığını göstərir.

“Le Monde”: Qeyri qanuni yollarla Avropaya getməyə cəhd edərkən dənizlərdə həyatını itirənlərin sayı bir ildə iki dəfə artıb.

“Le Figaro”: Dünən Fransada 792.339 peyvənd vurulub. Bu da rekord miqdar hesab edilir.

“Fransa 24”: Covid-19 böhranından ağır zərbə alan Tunis, beynəlxalq cəmiyyəti yardıma çağırıb.

“El País” (İspaniya): Avropa İttifaqı, İspaniyanın 140.000 milyon Avro yardım tələbinə müsbət yanaşıb.

“El Correo” (İspaniya): İspaniya Lambda variantı ən çox qeydə alınan yeddinci ölkə olub.

“Telesur” (Venesuela): Kuba Xarici İşlər Naziri Bruno Rodriguez Parrilla, ABŞ Hökümətini millətin etibarına zərbə endirmək və sabitliyi pozmaq üçün kampaniya aparmaqda ittiham edib.

İzvestiya: Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Talibanla danışıqlarının məqsədinin, bölgədəki təhlükəsizliklə bağlı Rusiyanın fikirlərini Taliban-a çatdırmaq olduğunu bildirib.

“Lenta.ru”: Rusiya Kovid-19 hadisəsi sayı baxımından dünyada 4-cü yerdə yerləşir. İlk üçlükdə isə ABŞ, Hindistan və Braziliya iştirak edir.

“TASS”: Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antony Blinken: “Moskva rus hakerlərə qarşı tədbir görməsə, buna ABŞ müdaxilə edəcək” .



Әlaqәli Xәbәrlәr