Xarici mətbuat, 13 iyul 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar.

1674397
Xarici mətbuat, 13 iyul 2021

"azertag.az": Türkiyə xeyriyyəçiləri Pakistanın şərqində 50-dən çox su quyusu istifadəyə veriblər
"kaspi.az": Ərdoğan: “Türkiyə-İsrail münasibətləri Orta Şərqin təhlükəsizliyi üçün əhəmiyyətlidir”
"Elquds Elarabi": İraqın cənubunda "Covid-19"a yoluxmuş xəstələrin olduğu xəstəxanada baş verən yanğında ən az 41 nəfər öldü.

"Elquds Elarabi": Amerika Birləşmiş Ştatları: Nüvə müzakirələrin yenidən başlama tarixini yalnız İran təyin edə bilər.

"Aljazeera": (Prezident Rəcəb Tayyib) Ərdoğan: "Türkiyə dünyanın ən yüksək liqasına addım atmaq üzrədir".

"Deutsche Welle": İngilis polisi Avropa Futbol Çempionatının final matçında penaltını qaçıran üç afrikalı futbolçuya qarşı irqçi ifadələrə görə istintaq başlatdı.

"El País" (İspaniya): İspaniyadakı yeni kabinet Kataloniya üçün islahatlar hazırlayır, həll edilməsi lazım olan məsələləri yenidən müzakirə etmək üçün dialoq təklif edəcək.

"La Tercera" (Çili): Kubadakı etirazlar: Venesuela Prezidenti Nicolás Maduro "inqilabi hökumətə tam dəstəyini" dilə gətirdi.

"Clarín" (Argentina): Argentina prezidenti Alberto Fernández: “Kubadakı problemin dərəcəsini bilmirəm, amma embarqolar insani deyil”.
"İzvestiya": (Rusiya Prezidenti Vladimir) Putin Donbasın Ukraynaya ehtiyacının olmadığını söylədi.

"RİA Novosti": Moskvada keçiriləcək Beynəlxalq Aviasiya və Kosmik Sərgisində (MAKS-2021) tamamilə yeni bir Rusiya hərbi təyyarəsi təqdim ediləcək.

"Le Figaro": 2020 Olimpiya oyunları: Fransızların 58 faizi Tokyo Oyunlarının keçirilməməsinin vacibliyini düşünür

"Le Monde": "Covid-19": (Fransanın səhiyyə naziri) Olivier Veranın fikrincə 15 sentyabr tarixindən etibarən peyvənd edilməmiş səhiyyə işçiləri artıq işləyə və maaş ala bilməyəcəklər

"Le Temps" (İsveçrə): Sürixdə ictimai nəqliyyat gecələr yağan güclü yağışlar səbəbindən dayandı



Әlaqәli Xәbәrlәr