Xarici mətbuat,12 iyul 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar.

1673722
Xarici mətbuat,12 iyul 2021

“Süddeutsche Zeitung”: Almaniyada “kovid-19” hadisələrin sayında yenidən artım qeydə alınıb. Mütəxəssislər dördüncü dalğadan narahatdırlar

Deutsche Welle”: ABŞ-ın qərb bölgələrində tempratur artmaqda davam edir. 10 gün əvvəl Kanadada və ABŞ-ın bəzi bölgələrində təsirli olmağa başlayan istilik dalğası bu dəfə ABŞ-ın qərb əyalətlərində 54 dərəcəyə qədər yüksəlib.

“Bild.de”: Wembley Stadionunda dramatik final oyunu: İngiltərə və İtaliya arasındakı final matçından sonra, İngilis futbol azarkeşləri göz yaşlarına hakim ola bilmədilər. İtaliyalılar isə qələbəni qeyd etdilər.

“El-Vatan” (Qətər): Ümumdünya Səhiyyə Təşkilatı: “Yeni növ koronavirus (Kovid-19) pandemiyasından xilas olmanın yeganə yolu, peyvəndlərin dünyada ədalətli paylanmasıdır.

“El-Zeman” (IRAQ): Yeni növ koronavirus hadisələrinin artmasına baxmayaraq, Qurban Bayramı (20-24 İyul) tətilində İraqda komendant saatı tətbiq olunmayacaq.

“El-Vatan” (OMAN): Misir keçmiş prezident Ənver Sadat-ın 9 İyulda vəfat edən həyat yoldaşı Cihan Sadat üçün rəsmi dəfn mərasimi təşkil edildi.

“Lenta.ru”: Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Tino Chrupalla, Almaniyanın Avropa İttifaqından çıxıb, Rusiyanın da iştirak edəcəyi yeni bir Avropa zonası yaradmağının vacib olduğunu irəli sürüb.

“TASS”: Dünən Moldovada keçirilən prezident seçkilərində ilk nəticələrə görə Prezident Maia Sandunun “Fəaliyyət və Həmrəylik Partiyası” 48 faiz səs toplayaraq digər partiyaları qabaqlayıb.

“İzvestiya”: ‘Nord Stream 2 Araşdırma və İnkişaf etdirmək üzrə ofisin rəhbəri Matthias Warnig, ABŞ-ı “North Stream-2” layihəsi ilə bağlı razılaşmalara sadiq qalmamaqda ittiham edib.

“La Vanguardia” (İspaniya): İspaniyanın Baş naziri Pedro Sánchezun hökumətə dəyişikliyindən sonra İspaniyanın Sosialist İşçi Partiyası PSOE-də radikal dəyişikliklər planlaşdırır.

“Infobae” (Argentina): Kuba rejimi etirazların yayılmasının qarşısını almaq üçün adanın müxtəlif ərazilərində internet xidmətini dayandırıb və elektrik enerjisini kəsib.

“Prensa Latina” (Kuba): Kubada Kovid-19 əleyhinə hazırlanan Soberana-Pediatría peyvəndinə kliniki sınaqlar davam edir.

“Le Matin” (İsveçrə): Koronavirus əleyhinə peyvənd olmayanlar dünyanın bir çox ölkəsində maaşlarını və ya smartfonlarını itirirlər.

“Le Monde”: AÇ-2020 Futbol Turnirində, İtaliyalılar, İngilislərə qaleb gəldilər. “Azadlıq”: Fransa Səhiyyə Naziri Olivier Véran, Kovid-19 epidemiyasında dördüncü dalğaya bənzər bir hadisənin baş verdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr