Xarici mətbuat, 8 iyul 2021

“El Pais”, “El Mundo”, “TeleSur”, “Al-Raya”, “Al-Quds Al-Arabi”, “Al Jazeera”, “t-online.de”, “Tagesschau.de”, “Frankfurter Allgemeine Zeitung”, “bfm.ru”, “lenta.ru” və TASS nələrdən yazır?

1671840
Xarici mətbuat, 8 iyul 2021

 

El Pais” (İspaniya): Delta variantı İspaniyada sürətlə yayılmağa davam edir; indiyə qədər 4 muxtar bölgədə təsbit olunub.   

“El Mundo” (İspaniya): İspaniyada yeni Milli Təhlükəsizlik Qanunu hökumətin, xüsusilə fövqəladə və ciddi böhran vəziyyətlərində ictimai alışlara nəzarət edən şəffaflıq idarələrinin ortadan qaldırmasına səbəb olacaq. Qaralamadan açıqca bu aydın olur. 

“TeleSur” (Venesuela): Uruqvay “Mercosur”dan (Cənubi Amerika Ortaq Bazarı) başqa üçüncü ölkələrlə ticarət müqavilələri bağlayacağını açıqladı. 

“Al Raya” (Qətər): Kərkükdə elektrik paylaşım xəttində təxribat törədilib.

“Al Quds al Arabi”: Seçilməsindən bu yana bir ərəb başçı ilə ilk görüş: ABŞ prezidenti Co Bayden 19 iyulda İordaniya kralı Abdullahı qarşılayacaq.

Al Jazeera”: Barjasıdakı Cebel Əli limanında böyük partlayış törədilib.

“t-online.de”: İtaliya ulduzu Marion Balotelli Türkiyəyə transfer oldu və yeni mövsümdə “Adana Demirspor”da oynayacaq.

“Tagesschau.de”: Çin 2020-ci il ixracatında Almaniya avtomobil istehsalçılarını geridə qoyub.

“Frankfurter Allgemeine Zeitung”: Sabiq Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp “Twitter”, “Facebook” və “Google”a qarşı iddia qaldırdı.

“bfm.ru”: Rusiya xarici işlər naziri Sergey Lavrov “ABŞ 20 illik Əfqanıstan missiyasının məğlubiyyətə uğradığını qəbul etdi” dedi.

“Lenta.ru”: Sergey Lavrov deyib: “Rusiya ilə Yaponiya sülh müqaviləsi ilə bağlı razılığa gələ bilməsələr də, diplomatik görüşləri əskiksiz və tam olaraq davam etdirirlər”.

TASS agentliyi: Sabiq Moldova prezidenti İqor Dodon ölkədəki vəziyyəti düzəltmək üçün təcili qərarlar və yeni hökumətə ehtiyac olduğunu söyləyib.

 



Әlaqәli Xәbәrlәr