Xarici mətbuat, 7 iyul 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olunmuş xəbərlərdən başlıqlar

1671337
Xarici mətbuat, 7 iyul 2021

 

“el-Quds el-Arabi”: İraqın şimalındakı Ərbil hava limanına raket hücumu təşkil edilib.

“el-Quds el-Arabi”: İran, Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) uranı 20%-ə qədər zənginləşdirmək istədiyini bildirib. Vaşinqton isə rəsmi Tehranın açıqlamasını “uğursuz geri addım” olaraq xarekterizə edib.

“El-Dustour” (İordaniya): Oman Sultanlığı yeni növ koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində Qurban Bayramında (20-24 İyul) məhdudiyyətlərin ağırlaşdırılması qərarına gəlib.

“RİA Novosti”: Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanda vəziyyətin pisləşdiyini irəli sürüb.

“Vedomosti”: Rusiyada 10 iyuldan sonra xaricə səyahətdən qayıdan peyvənd vurulmuş və ya daha əvvəl xəstəliyə tutulmuş vətəndaşlar PCR testi məcburiyyətindən azad olacaqlar.

“İzvestiya”: Rusiya nümayəndə heyəti Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının iclasını, Ukraynanın irəli sürdüyü qanun layihəsinə görə tərk etdi.

“El Pais” İspaniya: İspaniya Covid-19 tədbirləri: Kataloniyada həftə sonu etibarilə əyləncə məkanları gecələr bağlı olacaq.

“Infobae” Argentina: Kolumbiyada cinsi təcavüz cinayətkarları və uşaq qatillərinin ömürlük həbs cəzasına məhkum edilmələrini nəzərdə tutan qanun qüvvəyə mindi.

“El Marca” İspaniya: Avropa Kuboku 2020: İtaliya - İspaniya matçı normal vaxtda 1-1 bitdi. Mübarizəni penaltilərdə uduzan İspaniya final ümidini itirdi.

“Fransa 24”: Avro-2021: İspaniyanı mübarizədən kənarlaşdıran İtaliya finala vəsiqə qazandı.

“Le Parisien”: Fransanın paytaxtı Parisdə Kovid-19 epidemiyası hadisələrinin yenidən artmağa başlaması səlahiyyətliləri narahat edir.

“Le Monde”: İspaniyada Kovid-19 epidemiyasının yayılma sürəti artıb.

 “Deutsche Welle”: Almaniya 5 ölkə üçün səyahət məhdudiyyətini azaldır.

Tagesschau.de”: Belarusiya Prezidenti Aleksandr Lukashenko sanksiyalara cavab olaraq Almaniyanı mühacirlər ilə təhdid edir.

“Tagesspiegel”: Almaniyada ştat rəhbərləri 25 min nəfərin iştirak edəcəyi tədbirlərin keçirilməsinə icazə vermək istəyirlər.



Әlaqәli Xәbәrlәr