Xarici mətbuat, 6 iyul 2021

Dünya mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar

1670539
Xarici mətbuat, 6 iyul 2021

 

“El-Dustour” (İordaniya): İsrail yuycu maddə istehsalında istifadə edilən xammalın Fələstinin Qəzza zolağına daxil olmasının qarşısını almağa davam edir.

El-Quds el-Arabi: Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybenin təyyarəsi Liviyanın Tobruk hava limanından havalanmağa hazırlaşdığı əsnada elektrik enerjisi kəsilib. Təyyarə əlavə tədbirlər nəticəsində sonradan havaya qalxıb.

“El-Raye el-Qatariyye” (Qətər): Qətərin baş naziri və daxili işlər naziri Şeyx Xalid İbn Xəlifə bin Əbdüləziz Əl-Sani, Səudiyyə Ərəbistanının səfiri Mansur ibn Xalid bin Abdullah əl-Ferhan əl-Səudu qəbul etdi.

“Deutsche Welle”: Rusiyadan Türkiyəyə reys sayı artırılır.

“ard.de”: Almaniyada əhalinin 38 %-i koronavirus (Kovid-19) əleyhinə iki doza, 55 %-i bir doza peyvənd olunub.

“zdf.de”: Avropada ət istehlakı azalıb.

“Lenta.ru”: Rusiya xarici işlər naziri Sergey Lavrov: “Vaşinqton Rusiyanın əleyhinə addımlar atarsa, buna cavabımız sərt olar”.

TASS Agentliyi: Kamçatka yarımadasında “An-26” təyyarəsi radardan itib. Təyyarədə 29 sərnişin və ekibpaz olub.

“Regnum" agentliyi: İndoneziya xarici işlər naziri Retno Marsudi ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan danışıqda Rusiya prezidenti Vladimir Putinin İndoneziyaya planlaşdırılan səfəri ilə əlaqəli hazırlıqlar müzakirə edilib.

“El País” (İspaniya): İspaniyada beş muxtar bölgədə 20 yaşlılar peyvənd vurulmağa çağırılıb.

“Infobae” (Argentina): Nikaraqua prezidenti Daniel Orteqa siyasi məhbuslara vəkil və ya qohumları ilə görüş  keçirmələrinə  icazə vermir.

“Prensa Latina” (Kuba): ABŞ prezidenti Co Bayden hökuməti sabiq prezident Donald Trampın Kuba siyasətini təsdiqlədi.

“Le Monde”: Fransa hökuməti peyvəndi artırmağın yollarını axtarır.

“France 24”: "Cannes" Film Festivalı keçiriləcək.

“France 24”: İngiltərənin baş naziri Boris Conson məhdudiyyətlərə tam 19 iyulda son qoyulacağını bildirib.



Әlaqәli Xәbәrlәr