Xarici mətbuat, 5 iyul 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks olunmuş xəbərlərdən başlıqlar

1669865
Xarici mətbuat, 5 iyul 2021

“El-Vatan” (Qətər): Qətər və İordaniya arasında təhlükəsizlik müqaviləsi imzalanıb.

“El-Raya El-Qataiyer” (Qətər): Sabah (6 İyul) Yer kürəsi günəşin ən uzaq məsafədə olacaq.

“El-Vatan (Oman): Oman Dəniz Donanması Komandanı General Bəhri Seyf İbn Nasser Əl-Rahbinin rəhbərlik etdiyi hərbi heyət bu gün İngiltərəyə səfərə gedib.

Frankfurter Allgemeine” Zeitung: Azərbaycan 15 erməni məhbusu azadlığa buraxıb.

Tagesschau.de: Almaniyadakı siyasətçilər və mütəxəssislər yeni koronavirus (Kovid-19) əleyhinə peyvəndi olunmayanların cərimələndirilmələrini tələb ediblər.

dpa: Çin astronavtları Çinin yeni kosmik stansiyasında ilk kosmos yürüşünü reallaşdırdılar.

“El Mundo” (İspaniya): İspaniyada aparılan bir araşdırmanın nəticəsi 35 yaş və altındakı gənclərin işsizlik, bahalıq və gələcəyə dair narahatlıqlar səbəbindən ev kirayəyə götürmək və ya satın almaq istəmədiklərini göstərib.

“El Nacional” (Venesuela): ABŞ-da John Hopkins Universitetinin apardığı bir araşdırmaya görə, Venesuela əhalisinin 0.8 faizi “Kovid-19” əliyhinə peyvənd olunub.

“El Pais” (İspaniya): İspaniyada qocalar evlərində işləmək istəyən tibb bacıların sayı hər keçən gün azalır. Eləki bu müəssisələrdə ən az 15 min qulluqçu çatışmazlığı var.

“Le Figaro”: Fransa Səhiyyə Naziri Olivier Véran İyul ayının sonunda dördüncü dalğanın (Delta variantı) olabiləcəyini bildirib.

“Liberation”: Vatikanda milyonlarla avronun yox olduğu korrupsiya ilə əlaqəli lazımlı addımlar atılmalıdır.

 



Әlaqәli Xәbәrlәr