Xarici mətbuat, 1 iyun 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1649297
Xarici mətbuat, 1 iyun 2021

"azertag.az" (Azərbaycan): Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı təqdim olunub

"trend.az" (Azərbaycan): Füzuli Beynəlxalq Hava Limanının sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır

"El-Raya El-Katariye (Qətər): Qətər və Türkiyə beynəlxalq və regional parlament fəaliyyətlərində koordinasiyalı işləməyi qəbul etdilər

"Yeni Hayat" (Fələstin - İordan çayının Qərb sahili): İsrailin fələstinlilərə qarşı son hücumları nəticəsində Qəzzadakı təhsil müəssisələrinə verilən ziyan müəyyən edildi: 3 milyon dollar

"El-Vatan" (OMAN): İran: Nüvə danışıqlarında irəliləyiş qeyd edildi
"El País" (İspaniya): İspaniyada aşılama gedir: Əhalinin demək olar ki,  40 faizinə "Covid-19"a qarşı ilk peyvənd dozası tətbiq edildi

"AS" (İspaniya): Braziliya "Cup Amerika 2021"ə ev sahibliyi edəcək

"Semana" (Kolumbiya): Amerikalı İnsan Haqları Komissiyası 8 iyun tarixində Kolumbiyaya səfər edəcəyini açıqladı

"Welt.de": Qalmaqallı iddia! Danimarkanın köməyi ilə ABŞ Almaniya kansleri (Angela) Merkel və Fransa Prezidenti (Emmanuel) Makronu dinlədi.

"Tagesschau.de": Aİ-də ilk dəfə uşaqlar üçün koronavirus peyvəndinə icazə verildi.

"Le Monde": (Fransa prezidenti Emmanuel) Makron və (Almaniya kansleri Angela) Merkel ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Danimarka üzərindən casusluq fəaliyyəti barədə açıqlama gözlədiklərini ifadə etdilər

"Le Figaro": "Covid-19": Peru artıq dünyada ən yüksək ölüm nisbətinə sahib ölkədir

"Le Parisien": Emmanuel və Brijt Makron "Covid-19"a qarşı yeni peyvənd olundular

"Lenta.ru": Rusiya 10 iyundan etibarən bir sıra ölkələrlə müntəzəm uçuşlarını artırır.

"RİA Novosti": Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Çex Respublikasının rus diplomatlarını ölkədən çıxarması Vyana konvensiyasının pozulması olduğunu söylədi.

"TASS": Rusiya Müdafiə naziri Sergey Şoyqu NATO-nun artan fəaliyyətinə cavab olaraq Rusiyanın Qərbi Hərbi Bölgəsində təxminən 20 yeni hərbi hissənin yaradılacağını bildirdi.



Әlaqәli Xәbәrlәr