Xarici mətbuat, 24 may 2021

Xarici media vasitәlәrindә dәrc olunann bәzi xәbәrlәrin xülasәsi.

1644453
Xarici mətbuat, 24 may 2021

"azertag.az": ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 126 mina aşkarlanıb

"trend.az": Türkiyə Mərmərədən Xəzərə yeni gəmi marşrutunu sınaqdan keçirib

"France 24": Parisdəki Fələstin tərəfdarı etiraz: "Fransa İsrailin cinayət ortağıdır"

"L'Equipe": (Milli futbolçular Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik formasını geydiyi) "Lille" komandası səfərdə "Angers" komandasını məğlub etdi (2-1) və "Paris Saint Germain"i geridə buraxaraq, Fransa birinci futbol liqasında (Ligue 1) 2020-2021 mövsümünü çempion olaraq başa vurdu. 

"Le Monde": İsrail-Fələstin: paradiqmanı dəyişdirmək - Qəzzada yeni bir müharibənin qarşısı alınmaq istənirsə, hər iki xalq üçün bərabər hüquqları təmin edən yeni bir yanaşmaya ehtiyac var.

"el-Düstur" (İordanya): İsrailin pozuntuları atəşkəs cəhdlərinə zərbə vurdu (məyus etdi).

"el-Quds el-Arabi (Ərəb - İngilis qəzeti): (Əlcəzair ulduzu) Riyad "Mahrez" komandası "Manchester City"nin İngiltərə "Premyer" Liqası çempionluğu qeyd etmələri zamanı Fələstin bayrağı qaldırdı.

"el-Raye el-Qatariyye" (Qatar qəzeti): (Yəhudi) Sakinlər Məscidül-Əqsaya yenidən basqın etdilər.

"Bild.de": İtaliyanın şimalında kanat yolu qəzasında 14 nəfər həlak oldu. Qəzaya polad ipin qopmasının səbəb olduğu düşünülür.

"Ard.de": Avropa İttifaqı (Aİ) ölkələri fövqəladə zirvədə bir araya gəlir. Mövzu Rusiya və Belarusiyadır.

"Deutsche Welle": Tədqiqat: "BionTech" və "AstraZenece" peyvəndləri Hindistan variantına qarşı təsirlidir.
"La Vanguardia" (İspaniya): "Covid-19" səbəbiylə İspaniyada ciddi xəstəliklərin aşkarlanması 40 faiz azaldı.

"El País" (İspaniya): İspaniyada reanimasiya şöbələri tunelin sonunda işıq görməyə başladı. Koronavirus yoluxma faktları bu ay 28 faiz azaldı.

"Telesur" (Venesuela): Katoliklərin ruhani lideri Papa Fransisk, Kolumbiyadakı böhranın həlli üçün dialoqa çağırdı.

"RİA Novosti" agentliyi: ABŞ Dövlət katibi Entoni Blinken Vilniusa Minskə uçan Ryanair təyyarəsinin saxta bomba xəbərdarlığı ilə Minskə təcili enişini sərt dillə qınadıqlarını və həbs edilən belaruslu jurnalist Roman Protaseviçin dərhal sərbəst buraxılmasını tələb etdiklərini söylədi.

"RİA Novosti" agentliyi: Yaponiyanın "Kyodo" agentliyi Sovet İttifaqının (SSRİ) Kuril adalarının bir hissəsini Yaponiyaya verməyi planlaşdırdığına dair sənədlər yayımladı.

"Lenta.ru": Rusiyada millət vəkilləri Dövlət Dumasına həkimləri təhqir etdiklərinə görə cinayət məsuliyyəti tövsiyə edən bir qanun layihəsi təqdim etdilər.



Әlaqәli Xәbәrlәr