Xarici mətbuat, 14 may 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1639246
Xarici mətbuat, 14 may 2021

"azertag.az": ABŞ Dövlət Departamenti Azərbaycanı və Ermənistanı vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırıb

"kaspi.az": BMT-nin Baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsində gərginliyin azaldılmasına və tərəflər arasında hərbi döyüşlərin son qoyulmasına çağırıb.

"Le Monde": İsrail-Fələstin: İsrail ordusu Qəzzada qurudan əməliyyatı başlatdığını elan etdikdən bir müddət sonra bu elanı təkzib etdi

"France 24": Paris Qubernatorluğu şənbə günü Fələstinə dəstək məqsədilə təşkil edilən nümayişi qadağan etdi

"Liberation": İsraildə hadisələrin "vətəndaş müharibəsi" nə çevrilməsindən narahatlıq duyulur

"Süddeutsche Zeitung": İsrailin Qəzza zolağına hava hücumları sıx şəkildə davam etdi.

"Deutsche Welle": Almaniyada 26 sentyabr seçkilərində iqtidar olacağını iddia edən üç partiyanın baş nazir namizədləri elan edildi.

"El Mundo" (İspaniya): İspaniya Səhiyyə Peyvəndləmə Strategiyasında 12-15 yaş arası uşaqlar ilə hamilə qadınlar yeni qruplar kimi açıqlandı.

"La Vanguardia" (İspaniya): İspaniyanın Baş naziri Pedro Sançez iyun ayında 13 milyon doza "Pfizer" peyvəndi gələcəyini açıqladı. Bu, may ayından iki dəfə çoxdur.

"İnfobae" (Argentina): Venesuelada hökumət və müxalifətin siyasi danışıqları davam etdirmək istəyi nümayiş etdirdiyi bir vaxtda 21 noyabrda bələdiyyə sədriliynə seçkilər keçiriləcək.

"Eldustour": İraqın Baş naziri Mustafa əl-Kazimi: "İraq Fələstin xalqının qətiyyətli mövqeyini dəstəkləyir".

"Eldustour": Yəhudi sakinlər fələstinlilərin maşınlarına hücum edir və Ceninin cənubunda işğal qüvvələri ilə qarşıdurma yaşanır.

"Aljazeera": Qəzza hücumu ilə əlaqədar qlobal addım...
BMT Təhlükəsizlik Şurası toplantıya çağırıldı, Vaşinqton etiraz edir, Fransa nümayişləri qadağan edir, Almaniya xəbərdarlıq edir.

"Elqudus Elarabi": Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Biz beynəlxalq ictimaiyyəti İsrailə lazımi dərs verməyə razı salmaq üçün səy göstəririk".

"Lenta.ru": Rusiya Prezidenti Putin Kazandakı (Tatarıstan) məktəbdəki kütləvi qətlləri vəhşi bir cinayət kimi qiymətləndirdi.

"TASS": ABŞ prezidenti Bayden Rusiya prezidenti Putinlə mümkün görüşündə kiber hücumlara qarşı mübarizəni müzakirə etmək istədiyini bildirdi.

"İzvestiya": Mütəxəssislər iyun ayında rus turistlərin ölkə daxilindəki ən çox seçim etdikləri yerlərin Moskva, Sankt-Peterburq və Soçi olduğunu açıqladı.



Әlaqәli Xәbәrlәr