Xarici mәtbuat: 7 may 2021
Xarici media orqanlarında dәrc olunan bәzi xәbәrlәrin başlıqları.
Xarici media orqanlarında dәrc olunan bәzi xәbәrlәrin başlıqları.
‘‘Azәrtac’’: Kolumbiya mәtbuatı Qarabağda Ermәnistanın apardığı kütlәvi minalama haqda yazıb.
‘‘Azәrtac’’: Milli Mәclisdә Azәrbaycan-Venesuela әlaqәlәri müzakirә olunub.
‘‘Azәrtac’’:İordaniya agentliyi ulu öndәr Hedәr Әliyevә hәsr olunmuş mәqalә yazıb.
‘‘Deutsche Welle’’: Türkiyә xarici işlәr naziri Mövlud Çavuşoğlu Almaniyanın paytaxtı Berlindә xarici işlәr naziri Hayko Maasla görüşüb.
‘‘sueddeutsche.de’’: Almaniya hökumәti Amerika Birlәşmiş Ştatlarının peyvәndlә bağlı patent hüquqlarının lәğv edilmәsi mәsәlәsini rәdd etdi.
‘‘Le Monde’’ : Covid-19: Fransa prezidenti Emmanuel Makron mayın 12-dәn etibarәn yaş hәddi olmadan hәr kәsә peyvәnd tәtbiq olacağını açıqlayıb.
‘‘Le Figaro’’ : Lion şәhәri yaxınlığında baş verәn yanğın nәticәsindә 11 nәfәr yaralanıb.
‘‘France 24’’ : Fransa vә bir sıra Avropa ölkәsi İsraildәn Fәlәstin torpaqlarında yaşayış mәntәqәlәrinin inşa edilmәsinin dayandırmasını istәyib.
‘‘El Mundo’’ (İspaniya): İspaniyadakı muxtar respublikalar ‘‘AstraZeneca’’ peyvәndinin 60 yaşdan aşağı olan vәtәndaşlara tәtbiq edilmәsini istәyir.
‘‘El Pais’’ (İspaniya): İspaniya mayın 13-dәk Әfqanıstanda qalan son qoşunlarını da ölkәdәn çıxaracaq.
‘‘Elraya’’: Qәtәr Rusiya Federasiyası ilә iqtisadi münasibәtlәrini güclәndirir.
‘‘Eldustour’’: Rusya yeni növ koronavirusa qarşı yeni peyvәnd hazırlayıb.
‘‘Aljazeera’’: Vyana müzakirәlәrinin dördüncü turu...
‘‘Elquds Elarabi’’: Yәhudilәr Qüdsün Şeyx Jarrah sәmtindә silahsız fәlәstinlilәri vurdu.
TASS agentliyi: ABŞ dövlәt katibi Entoni Blinken Ukraynanın paytaxtı Kiyevә etdiyi sәfәrin sәmәrәli keçdiyini, ABŞ-ın Ukraynadakı islahat prosesini dәstәklәmәk mәsәlәsindә qәtiyyәtli olduğunu deyib.
‘‘Lenta.ru’’ xәbәr saytı: Rusiya ve Çin arasında ticarәt dövriyyәsi ilin ilk dörd ayında 19,4 faiz artaraq 40 milyard dollar tәşkil edib.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar