Xarici mətbuat, 8 aprel 2021

Xarici informasiya vasitələrində Türkiyə və dünya gündəminə dair dərc olunmuş bəzi xəbərlərin başlıqları

1617016
Xarici mətbuat, 8 aprel 2021

“Bild.de”: 18 yaşlı Almaniyalı gənc 3,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları siyahısına daxil oldu.

“Spiegel.de”: Alimlər pandemiyanın qarşısını almaq üçün məlumat bazası hazırlayıblar.

El País” (İspaniya) “AstraZeneca” peyvəndinin 60 yaşından kiçiklərə vurulmaması mövzusunda İspaniya Səhiyyə Nazirliyi və ştat rəhbərləri mütabiq qalıblar.

“La Vanguardia”: İspaniyanın Baş naziri Pedro Sánchez yeni Afrika fəaliyyət planı çərçivəsində Angola və Senegalda görüşlər keçirir.

“Infobae”: Argentina hökumətinin koronavirus əleyhinə yeni tədbirləri: Sosial tədbirlərin ləğvi, restoran və barların bağlanması və komendant saatı.

“Əl-Quds Əl-Ərəbi”: ABŞ Fələstinlilərə maliyyə yardımların davam etməsi qərarına qəlib. Qərar çərçivəsdə 235 milyon dollar vəsait ayrılıb.

“Əl-Cəzirə”: ABŞ Dövlət Departamenti: “İrana qarşı sanksiyaları ləğv etməyə hazırıq, lakin nüvə danışıqları çətin keçəcək”

“Əl-Dustur” (İordaniya): Koronavirus epidemiyası ümumdünyada 3.5 milyon insanın həyatını itirməsinə səbəb olub. Epidemiya Avropa və Braziliyada yenidən tüğyan edir.

“Le Soir” (Belçika): Belçikada “Astrazeneca” peyvəndinin 55 yaşdan yuxarı insanlara vurulması qərarına gəlinib.

“Fransa 24” (Fransa): Fransa rəsmi olarak “Pfizer / BioNTech” peyvəndinin istehsalına başladı.

“Fransa 24” (Fransa): Amnesty International zəngin ölkələrin koronavirus əleyhinə peyvəndlərin inhisarını ələ keçirmək uğrundakı fəaliyyətlərini qınayıb.

“Kommersant”: 2021-ci ilin birinci rübündə Rusiyada fərdi iflas edənlərin nisbəti 81,5% artıb.

“Gazeta.ru”: Ədalətli Rusiya Partiyası pensiya yaşının aşağı salınmasına dair qanun layihəsini Rusiya parlamentinin aşağı palatası Dumaya təqdim edib.

“RİA Novosti”: Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ABŞ-ı Rusiya sərhədləri yaxınlığında bioloji silah inkişaf etdirməkdə günahlandırıb.

 

 



Әlaqәli Xәbәrlәr