Xarici mətbuat, 2 aprel 2021

“Le Monde”, “Le Temps”, “France 24”, “Wirtschaftswoche”, “Die Presse”, “Frankfurter Allgemeine Zeitung”, “Al Jazeera”, “Al Raya Al Qatariya”, “Al Dustour”, “El Pais”, “El Mundo”, “Tele Sur”, TASS, “RİA Novosti” və “Lenta.ru” bu gün nələrdən yazır

1613366
Xarici mətbuat, 2 aprel 2021

 

“Le Monde”: “Covid-19”la bağlı Fransada üçüncü karantin başlayır, iqtisadiyyat daha bir zərbə alır.

“Le Temps”: İsveçrədə koronavirusa yoluxma halları bir həftədə 20 faiz artdı.

“France 24”: “Covid-19”la bağlı Fransa parlamenti ölkə başçısı Emmanuel Makronun açıqladığı yeni tədbirləri təsdiqlədi.

“Wirtschaftswoche”: Robert Koç İnstitutuna görə, koronavirusun İngiltərə növü 90 faiz yüksəlib.

“Die Presse” (Avstriya): Afrikada 40-a qədər mutasiyaya uğramış yeni korona tipləri təsbit edildi.

“Frankfurter Allgemeine Zeitung”: Kansler Angela Merkel vətəndaşları Pasxada səyahət etməməyə çağırdı.

“Al Jazeera”: BMT Təhlükəsizlik Şurası Myanmarda yüzlərlə vətəndaşın öldürülməsini kəskin şəkildə qınadı.

“Al Jazeera”: Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal ibn Fərhan deyib ki, İsraillə normallaşma bölgəyə böyük faydalar gətirəcək, xüsusilə Fələstin probleminin həlli ilə bağlı.

“Al Raya Al Qatariya” (Qətər): Liviya Birləşmiş Millətlər Təşkilatı Hafterə bağlı 120 döyüşçünün sərbəst buraxılmasını məmnuniyyətlə qarşıladı.

Al Dustour” (İordaniya): Ərəb Liqası Orta Şərqdəki problem və böhranlara siyasi həll ehtiyacını təsdiq etdi.

“El Pais” (İspaniya): İspaniyada səhiyyə işçiləri koronavirusa (Covid-19) qarşı bir gündə 306.000-dən çox peyvəndetmə ilə ölkə rekordunu qırdılar.

“El Mundo” (İspaniya): İspaniyada hamiləliyi zamanı peyvənd olunan anadan koronavirusa (Covid-19) qarşı ilk peyvəndli körpə doğuldu.

“Tele Sur”: Venesuelanın Müdafiə Nazirliyi Kolombiya sərhədindəki silahlı qruplarla yeni bir qarşıdurma yaşandığını bildirdi.

TASS: ABŞ bir gün Rusiyada bütün diplomatik nümayəndəliklərini yenidən aça biləcəyinə ümid edir.

RİA Novosti: Ukrayna Rusiya ilə qarşıdurma çıxarsa, ABŞ-ın ölkəyə dəstək verəcəyini bildirdi.

“Lenta.ru”: Rusiya Federal Təhlükəsizlik Xidməti Tver bölgəsində DAEŞ terror hücumunun qarşısını aldı.



Әlaqәli Xәbәrlәr